Kükürdlü su zəhərlənməyə səbəb ola bilər?

22:34 / 01.08.2024
494

“Kükürdlü sular yerin altından çıxır. Yerin təkində yüksək temperatur olduğu üçün həmin su müəyyən müddət yer səthində isti qalır".

Bu fikri Hit.az-a professor, tibbi ekspert Adil Qeybulla deyib. 

O bildirib ki, bu səbəbdən də kükürdlü sularda çimmək müəyyən dərəcədə təhlükəlidir. Onu da nəzərə almaq lazımdır ki, kükürdlü suda çimərkən həmin maye ağız boşluğuna, nəfəs yoluna daxil olursa ,çox ciddi problemlər yarada bilər. Belə olan halda kükürdlü su zəhərlənməyə səbəb ola bilir.  Ehtimal edilir ki, həlak olan əsgərlər icazəsiz şəkildə həmin  termal suda çimib, həyatları ilə risk ediblər. Əsgərlərin kükürdlü su haqqında məlumatı olmayıb”.

Xatırladaq ki,  iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlun həlak olub. Rəsmi məlumata görə, onların zəhərləndiyi ehtimal olunur.

Sevinc

0