"Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Təbriz küçəsində yaranan nəqliyyat sıxlığı ilə bağlı məlumat verilib.
HİT.Az Baku TV-yə istinadla xəbər verir ki, küçədə səkinin genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma işlərindən sonra, xüsusilə Həsənənoğlu küçəsi ilə kəsişmədən əvvəl avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Vurğulanıb ki, işlər zamanı ərazidəki nəqliyyat intensivliyinin kifayət qədər nəzərə alınmaması yolun buraxıcılıq qabiliyyətinə təsir göstərib. Paytaxtın bir çox küçəsində səkilərin çatışmadığı halda, burada mövcud səkilərin daha da genişləndirilməsi də sual doğurur.
Qeyd olunub ki, ərazidə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq yolun hərəkət zolaqlarının artırılması alternativ variantlardan biri ola bilər.


