"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır

ÖLKƏ
14:59 / 13.02.2025
52

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır.

HİT.az xəbər verir ki, bu barədə agentliyin saytında müraciət dərc olunub.

Agentliyin direktoru Mehman Əliyevin kollektiv adından yaydığı müraciətdə bildirib ki, "Turan" İA mövcud formatda fəaliyyətini maliyyə çətinlikləri ilə bağlı dayandırır.

Qeyd edək ki, "Turan" İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılıb.

0