Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu UN-Habitat-ın bütün tarixi ərzində ən böyük forum olub.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, forumda 41 minə yaxın insan - siyasi liderlər, biznes nümayəndələri və başqaları iştirak edir.
"WUF13 UN-Habitat tərəfindən indiyə qədər təşkil edilmiş ən böyük forum olub. Burada 182 ölkədən 41 mindən çox nümayəndə, o cümlədən dövlət başçıları, nazirlər, merlər, BMT nümayəndələri, eləcə də biznes, akademik dairələr və vətəndaş cəmiyyəti liderləri iştirak edir", - o bildirib.
A.Rossbax qeyd edib ki, UN-Habitat siyasətin təkmilləşdirilməsi, qurumların gücləndirilməsi və s. məqsədilə hökumətlər və tərəfdaşlarla əməkdaşlıq edir:
"Lakin, artan qlobal konsensusa baxmayaraq, siyasi ambisiyalar və onların reallaşması arasındakı fərq yenə də əhəmiyyətli olaraq qalır".


