Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar - VİDEO

ÖLKƏ
08:57 / 01.09.2026
38

Bir vaxtlar rahat hərəkət etdikləri məhəllədaxili yol indi sakinlər üçün narahatlığa çevrilib.

Bura paytaxtın Xətai rayonu Gəncə prospektidir. Sakinlər iddia edirlər ki, ''Sultan'' MMC tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış binasının tikintisinə başlayandan sonra əraziyə daxil olan ağırtonnajlı yük maşınları yolun asfalt örtüyünü yararsız vəziyyətə salıb. 

Sakinlər bildirirlər ki, tikinti işlərinin aparılmasına etiraz etmirlər. Onların əsas istəyi işlər yekunlaşdıqdan sonra dağılan yolun əvvəlki vəziyyətinə qaytarılmasıdır.

Tikintini icra edən ''Sultan''MMC-dən "Xəzər Xəbər"ə bildiriblər ki, hazırda tikintidə ağır işlər yekunlaşmaq üzrədir. Tikinti işləri başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək. Ərazidə sakinlərin istirahəti üçün park salınacaq, yararsız vəziyyətə düşən məhəllədaxili yolun asfalt örtüyü isə yenidən çəkiləcək.

0