Üç bürc üçün çətin günlər geridə qalır: “Qara zolaq” başa çatır

MARAQLI
23:53 / 16.10.2026
65

Oktyabrın 15-dən etibarən Buğa, Əqrəb və Balıqlar bürclərinin nümayəndələrinin həyatında müsbət dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır. Astroloji şərhlərə görə, uzun müddətdir davam edən gərginlik azalacaq, problemlərin həlli asanlaşacaq və yeni imkanlar yaranacaq.

HİT.az-ın “YourTango” nəşrinə istinadən verdiyi məlumata görə, bu bürclər çətinliklərin öhdəsindən gəlmək və həyatlarında yeni mərhələyə başlamaq üçün fürsət əldə edə bilərlər.

Buğa

Buğa bürcündən olanlar son vaxtlar həyatlarında təkrarlanan problemlərin səbəblərini daha yaxşı anlamağa başlayacaqlar. Keçmişdə verilən qərarları təhlil etmək və səhvlərdən nəticə çıxarmaq onlara eyni çətinliklərlə yenidən üzləşməməyə kömək edəcək. Astroloji proqnoza əsasən, oktyabrın 15-dən etibarən Buğalar enerjilərini tükədən vərdişlərdən uzaqlaşaraq daha sakit həyat qurmağa çalışacaqlar.

Əqrəb

Əqrəblər üçün əsas dəyişiklik gözləmək əvəzinə hərəkətə keçmək olacaq. Onlar problemlərin başqalarının köməyi ilə həll olunmasını gözləməkdən vaz keçərək məsuliyyəti öz üzərlərinə götürməyə meyilli olacaqlar. Proqnoza görə, mövcud vəziyyətə daha aydın baxmaq və vacib qərarlar vermək bu bürcün nümayəndələrinə uzun müddətdir davam edən çətinliklərdən çıxış yolu tapmağa kömək edə bilər.

Balıqlar

Balıqlar üçün isə uzun müddət davam edən emosional gərginliyin azalacağı ehtimal edilir. Son dövrlərdə yaşanan yorğunluq və narahatlıqlardan sonra bu bürcün nümayəndələri onları üzən məsələləri geridə qoymağa çalışacaqlar. Astroloji şərhə görə, keçmişə bağlılıqdan uzaqlaşmaq və diqqəti şəxsi ehtiyaclara yönəltmək Balıqlara daxili rahatlıqlarını bərpa etmək və yeni başlanğıclar üçün fürsət yaratmaq imkanı verə bilər.

Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz metodu deyil. Bu cür şərhlər əyləncə xarakteri daşıyır və həyatla bağlı qərarların verilməsi üçün etibarlı əsas hesab olunmamalıdır.

Samir

0