Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTO

10:42 / 04.07.2020
1783

"ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin üzvü olan daha bir şəhid ailəsinin ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqəti və şəfqəti sayəsində mənzil problemi həll olunub".

HİT.Az-ın xəbərinə görə,bu barədə "ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş- leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkirdi: "Təşkilatımıza müraciət edən şəhidin həyat yoldaşı Vəfa xanım, himayəsində iki azyaşlı sağlıq problemləri olan övladının olduğunu bildirib, ipoteka ödənişini ödəməyə imkanı çatmadığını qeyd edib.


Biz ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik. Müraciətimiz tez bir zamanda cavablandırılaraq, həm ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

"ZƏFƏR Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Hazırkı koronavirus pandemiyası dövründə şəhid ailələrinin problemlərinə xüsusi həssaslıq və diqqət göstərmək, bizim dəyərlərimizə dövlətimiz tərəfindən verilən ən yüksək diqqətdir. Bu, bir daha sübut edir ki, hər bir şəhid ailəsi tək deyild, hər bir şəhid övladı əmanət olaraq qayğı və şəfqətlə qorunur.

Bizlərə, dəyərlərimizə sahib çıxdığınız üçün Sizlərə bir daha minnətdarıq!".

0