Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib

ÖLKƏ
23:11 / 08.07.2020
1851

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) kadr təyinatı aparılıb.

Sona Tağıyeva Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini təyin edilib.

Bildirək ki, S.Tağıyeva Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə bakalavr, Anadolu Universitetinin Korporativ kommunikasiya üzrə magistr təhsilini alıb. 6 ildən çoxdur ki, ASAN xidmətin komandasında PR sahəsi üzrə çalışır.

Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, tanınmış jurnalist Elnur Nifətliyevdir.

0
Faktor.az