Ramiz Mehdiyevin xalası oğlu koronavirusdan vəfat edib

ÖLKƏ
10:06 / 09.07.2020
1368

Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib. Mərhum bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis dünən səhər saatlarında vəfat edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiqləyib. Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.

Moderator.az-ın əldə etdiyi məlumata görə Qorxmaz Abbasov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin yaxın qohumu (tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə xalası oğludur) imiş.

0