Ekspert: “Tikinti şirkətləri çox xərc çəkmək istəmirlər”

İQTİSADİYYAT
12:30 / 30.07.2026
162

Mənzil alarkən insanların ilk diqqət yetirdiyi məqamlardan biri qiymət və yerləşmə olsa da, binanın hansı materiallarla və hansı standartlara uyğun inşa edildiyi çox vaxt ikinci planda qalır. 

Halbuki tikintidə istifadə olunan materialların keyfiyyəti yalnız binanın istismar müddətini deyil, həm də orada yaşayan insanların təhlükəsizliyini müəyyənləşdirən əsas amillərdəndir. Xüsusilə bəzi yeni tikililərdə keyfiyyətsiz materiallardan istifadə olunması sonradan problemlərə səbəb olur.
 
Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, tikinti şirkətləri artıq əlavə məsrəf çəkməyə meyilli deyil: 

405931

“Nəzərə almaq lazımdır ki, tikinti sahəsində müəyyən edilmiş inşaat normaları mövcuddur və onlara əməl olunması olduqca vacibdir. Binanın dayanıqlığını təmin edən əsas daşıyıcı konstruksiyalar Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılır”.

Ekspert onu da deyib ki, digər elementlərdə, o cümlədən boya, üzlük materialları və bəzi avadanlıqlarda qənaətə üstünlük verilir:

“Bu isə əsasən iqtisadi səbəblərlə əlaqədardır. Orta və premium seqmentə aid binalarda tikinti şirkətləri adətən keyfiyyətdən ciddi şəkildə güzəştə getməməyə çalışırlar. Çünki onlar müştəri etimadını və bazardakı nüfuzlarını qorumağa üstünlük verirlər. Nisbətən ucuz yaşayış binalarında isə bu cür qənaət hallarına daha çox rast gəlinir”.

Günel Cəlilova

0