XİN-in həbs edilən yüksək vəzifəli məmuru kimdir? – DOSYE

ÖLKƏ
17:45 / 10.07.2020
1622

Xarici İşlər Nazirliyinin daha 2 yüksək rütbəli əməkdaşı həbs edilib.

HİT.Az Qazet.az-a istinadla xəbər verir ki, Səbail rayon Məhkəməsindən verilən məlumata görə, 9-10 iyul tarixlərində Faiq Bağırov və İlqar Əliyev barəsində həbs qətimkan tədbiri görülüb.

XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Azərbaycanın Türkiyədəki keçmiş səfiri olub.

Faiq Bağırov 2010-cu ildə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2017-ci ilin sentyabrında prezident İlham Əliyev F.N.Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Daha əvvəllər isə o, Azərbaycan Respublikasının Misirdəki fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrini icra edib.

0