Yoluxanlarla sağalanlar arasında fərqin azalması müsbət göstəricidir - TƏBİB

ÖLKƏ
17:24 / 10.07.2020
815

Yoluxanlarla sağalanlar arasında fərqin azalması müsbət göstəricidir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, bu, vətəndaşların qaydalara ciddi riayət etməsinin nəticəsidir:

“Nə qədər həkimlər çalışsa da, nə qədər qayda-qanun qoyulsa da, bir yerdə mübarizə aparmasaq, virusa qalib gələ bilmərik".

TƏBİB rəsmisi rayonlara gediş-gəlişin bərpası ilə bağlı virusa qarşı yeganə mübarizənin karantinin tətbiqi olduğunu vurğulayıb:

"Yoluxma az olan rayonlarımızı riskə atmış olarıq. Amma istənilən halda epidemioloji vəziyyət nəzərə alınaraq, hər zaman müzakirə edilir".

Xatırladaq ki, bu gün Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1
Modern.az