“Bəzən pozitiv nəticəsi olan vətəndaş yoluxdurucu olmur”

ÖLKƏ
20:19 / 10.07.2020
955

“Bəzi şəxslər tam sağaldıqdan sonra virus genetik materialı qaldığı üçün onlarda pozitivlik aşkarlana bilir. Ancaq yoluxucu olmurlar”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, xəstəlik keçirmiş insanlarda immunitet yaranır: “Onlar izolyasiyanı bitirdikdən sonra işlərinə qayıda bilir. Tibbi olaraq izolyasiya müddəti bitdikdən sonra vətəndaşdan test tələb olunması doğru deyil”.

Günel Türksoy

2
Qafqazinfo.az