AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi (FOTO)

ÖLKƏ
12:00 / 11.07.2020
956

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib.

HİT.Az xəbər verir ki, bununla da 83 həmyerlimiz vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada həyata keçirilir. 

0