Döyüş davam edir - Azərbaycan Ordusunun 5 hərbçisi şəhid oldu

ÖLKƏ
13:27 / 14.07.2020
3182

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib".

HİT.Az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Bu gün səhər saatlarında döyüş zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu  

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu 

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

7