ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq ona "yaxınlaşma qadağası lazımdır" sözlərini yazıb.
HİT.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinin yazdığına görə, ölkə hökuməti bu paylaşımı "təxribat" kimi qiymətləndirsə də, ona rəsmi reaksiya verməyi planlaşdırmır.
Nəşr qeyd edir ki, Donald Tramp və Corcia Meloni arasında münasibətlər hələ aprel ayında pisləşməyə başlayıb. Həmin vaxt ABŞ Prezidenti İrana hücumu pisləyən Roma Papası XIV Leonu sərt tənqid etmişdi. Meloni isə Papanı müdafiə edərək Trampın açıqlamalarını qəbuledilməz adlandırmışdı.
Münasibətlərdə növbəti gərginlik iyunun sonunda yaşanıb. Tramp Meloninin guya reytinqini artırmaq üçün onunla şəkil çəkdirmək məqsədilə "yalvardığını" iddia etmişdi.
Buna cavab olaraq Meloni belə demişdi: "Donald Trampın iddiaları tamamilə uydurmadır. Təəssüf doğurur ki, o, Qərbin və ABŞ-nin düşmənlərinə münasibətdə eyni qətiyyəti nümayiş etdirmir və onların rəhbərləri ilə daha yumşaq davranır".
Samir


