Bu gün tarixin vərəqlərində 6 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra mühüm hadisələrlə yadda qalıb.
Həmçinin, çox sayda görkəmli şəxsin doğum və ya vəfat tarixi bu günə təsadüf edir. 6 iyul Komor adalarında Müstəqillik Günü, Qazaxıstanda Paytaxt Günü, Litvada Dövlətçilik Günü, Malavidə Müstəqillik Günü və Peruda Müəllim Günüdür. Beləliklə, tarixin 6 iyuluna nəzər salırıq...
6 iyulda baş verənlər:
1912-ci ildə V Yay Olimpiya Oyunları Stokholmda keçirilib. 1964-cü ildə Malavi Birləşmiş Krallıqdan, 1975-ci ildə isə Komor adaları Fransadan ayrılaraq müstəqilliyini elan edib. 1996-cı ildə Dövlət Baxçalı Türkiyənin Milliyətçi Hərakat Partiyasının (MHP) sədri seçilib.
6 iyulda doğulanlar:
1927-ci ildə Azərbaycanın ilk müdafiə naziri, general-leytenant Valeh Bərşadlı, 1936-cı ildə fotoqraf Oleq Litvin və 1990-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kamil Musavi dünyaya gəlib.
1921-ci ildə ABŞ birinci xanımı və aktrisa Nensi Reyqan, 1940-cı ildə Qazaxıstan 1-ci prezidenti Nursultan Nazarbayev, 1943-cü ildə rus opera müğənnisi Tamara Sinyavskaya, 1946-cı ildə amerikalı aktyor Silvestr Stallone, 1975-ci ildə amerikalı repçi 50 Cent və 1988-ci ildə avstraliyalı aktyor Kodi Fern doğulub.
6 iyulda vəfat edənlər:
1189-cu ildə İngiltərə kralı II Henri Plantagenet, 1533-cü ildə italiyalı şair Ludoviko Ariosto, 1854-cü ildə alman fizik Georq Om, 1893-cü ildə fransız yazıçı Gi de Mopassan, 1904-cü ildə qazaxıstanlı şair Abay Kunanbayev, 1962-ci ildə amerikalı yazıçı Vilyam Folkner və 2020-ci ildə italiyalı bəstəkar Ennio Morrikone vəfat edib.
Pərviz


