Bakıda orta əməkhaqqı 8 %-ə yaxın artıb

SOSİAL
13:18 / 06.07.2026
40

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2025-ci ilin ilk 4 ayı ilə müqayisədə 7,8 % artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,5 % artaraq 1 172,1 manat təşkil edib.

0