Bakı Azərbaycan Ordusuna dəstək üçün ayaqdadır - FOTO

ÖLKƏ
02:45 / 15.07.2020
2874

Paytaxt sakinləri cəbhə bölgəsində döyüşən əsgərlərinə dəstək üçün hələ də oyaqdır və küçələrdədir. 

HİT.Az xəbər verir ki, yüzlərlə insanın hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə yürüşü hələ də davam edir. 

İnsanlar "Şəhidlər ölməz, vətən bölünməz", "Vur, qır səngəri, Azərbaycan əsgəri", "Qarabağ bizimdir, Bizim olacaq" şüarlarını,, həmçinin Azərbaycan himnini səsləndirirlər. Polislər vətəndaşlarla həmrəylik nümayiş etdirirlər.

Yürüş iştirakçılarını təkcə gənclər deyil, böyüklü-kiçikli, qadınlı-kişili hər kəs təşkil edir və paytaxtın hər bir tərəfindən axışıb gələn minlərlə insan evlərinə getmək istəmir.

0