Hacı Nuran və Kamil Zeynallı da səfərbərlik üçün qeydiyyatdan keçdilər

14:08 / 17.07.2020
967

Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

İdmançı Kamil Zeynallı və Hacı Nuran da səfərbərlik üçün qeydiyyatdan keçiblər. Kamil bu barədə "Instagram" hesabında paylaşım edib:

"Hacı Nuran və mən Qəbələ rayonunda Səfərbərlik Şöbəsindən qeydiyyatdan keçdik. İnsallah Ali Baş Komandan əmr versin, canla-başla döyüşə hazırıq" sözlərini yazıb.

 

0