Bunu Ceyhun Bayramovun özündən soruşarsınız - Elmar Məmmədyarov

ÖLKƏ
14:13 / 17.07.2020
5060

Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov gununsesi.org-a müsahibə verib.

HİT.Az həmin müsahibəni təqdim edir:

- Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?

- Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.

- Gələcək planınız nədir?

- Mən cəmi iki gündür ki, Xarici İşlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

- ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

- Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.

- Yeni Xarici İşlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var...

- Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız, daha yaxşı olardı.

3