İcra başçısının oğlu da orduya yazıldı - FOTO

15:25 / 17.07.2020
2376

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib.

HİT.Az Demokrat.az-a istinadla xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Adil Adilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində qeydiyyatdan keçib.

0