2 gün \"ASAN xidmət\" işləməyəcək

20:40 / 17.07.2020
878

Xüsusi sərt karantin rejiminə uyğun olaraq iki gün bəzi müəssisələrdə iş dayandırılacaq.

HİT.Az xəbər verir ki, 18-19 iyul tarixlərində vətəndaşların daha çox üz tutduqları “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində də iş olmayacaq. Belə ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 18, 19 iyul tarixlərində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

0