Pişiklər yatmaq üçün yer seçərkən son dərəcə diqqətli davranırlar, çünki istirahət zamanı ən həssas vəziyyətdə olurlar. Əgər pişiyiniz hər gecə sizin yanınıza gəlir, ya da sinənizdə və ya yorğanın altına girirsə, bu, təsadüf deyil.
HİT.az xəbər verir ki, bu barədə “Centre of excellence” yazır.
Baytarların izahına görə, pişik insanın yanında yatmağı seçirsə, bu, onun həmin şəxsə güvəndiyini göstərir.
Yuxu heyvanlar üçün ən müdafiəsiz vəziyyət olduğuna görə, pişik yalnız özünü təhlükəsiz hiss etdiyi insanın yanında yatır. O, sahibini sabitlik, istilik və tanış qoxu mənbəyi kimi qəbul edir və bu da onun rahatlamasına kömək edir.
Maraqlıdır ki, pişiklər insanın gecə davranışına da həssas yanaşırlar. Yuxuda daha az hərəkət edən, sakit axşam rejimi saxlayan və yüksək səslə danışmayan insanlar pişiklər üçün daha uyğun yuxu partnyoru sayılır.
Pişiyin seçdiyi mövqe də onun hissləri barədə məlumat verir. Əgər o, ayaqlarınızın arasında yatırsa, bu, özünü təhlükəsiz və nəzarətdə hiss etməsi deməkdir. Sinə üzərində yatmaq isə daha dərin emosional bağlılıq əlamətidir: sabit nəfəs və ürək döyüntüsü heyvanı sakitləşdirir. Əgər pişik sizə arxasını çevirərək yatırsa, bu, inciklik deyil, əksinə, ən güclü güvən göstəricilərindən biridir – o, yanında heç bir təhlükə hiss etmir.
Zamanla bu üstünlüklər dəyişə bilər. Bala pişik istilik üçün ailədə bir nəfəri seçə bilər, yetkin pişik isə daha sakit həyat tərzinə malik başqa bir insanı üstün tuta bilər.
Samir


