Haqqımızda

HİT.az saytı 2020-ci il mayın 1-dən fəaliyyətə başlayıb. 

Azərbaycanın onlayn media sahəsində önəmli yeri olan, həm xəbərlər, həm də əyləncə məzmunları ilə geniş oxucu auditoriyasına xitab edən yerli informasiya platformasıdır. 

Sayt həm cəmiyyətin məlumatlandırılmasında, həm də gündəlik informasiya ehtiyaclarının ödənilməsində böyük rol oynayır. 

İctimai-siyasi portal olan Hit.az saytının əsas məqsədi etibarlı mənbələrə əsaslanaraq, cəmiyyət üçün əhəmiyyətli olan mövzularda informasiyalar vermək və eyni zamanda insanların həyat tərzinə, maraq dairəsinə toxunan kontentləri təqdim etməkdir.

Hit.az həm yerli xəbərləri operativ şəkildə təqdim edir, həm də dünya gündəmini izləyərək, qlobal proseslərə dair yazılar paylaşır. 

Saytda yayımlanan məqalələr əsasən sadə, anlaşıqlı dildə yazılır ki, bu da müxtəlif yaş kateqoriyasına aid istifadəçilər üçün oxunaqlılığı artırır.

Hit.az saytının cəmiyyətdə rolu və etibarlılığı əsas götürülərək, bugünkü rəqəmsal dünyada informasiyanın keyfiyyəti və doğruluğu böyük əhəmiyyət daşıyır, bu sahədə daim məsuliyyətli yanaşması ilə seçilir.

Sayt redaksiyası yalnız təsdiqlənmiş mənbələrə istinad edərək xəbərləri yayır və şayiə xarakterli materiallardan uzaq durmağa çalışır. 

Hit.az gələcəkdə də Azərbaycanın informasiya məkanında öncül mövqeyini
qoruyaraq, saxlamağa davam edəcək.

Hit.az.saytının təsisçisi və Baş redaktoru 
Gülnarə ƏMİRQIZI  Məmmədova  
 
"GM MEDİA” MMC 
VÖEN: 1305769751