Təhsillə bağlı məsələ gələn həftə aydınlaşacaq - Prezidentin köməkçisi 

ÖLKƏ
11:48 / 08.08.2020
996

Məktəblərdə tədrisin bərpası ilə bağlı müzakirələr davam edir.

HİT.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, bunun üçün dünya praktikası da nəzərdən keçirilir:

"Hazırda əlimizdə hansısa resept yoxdur ki, ondan istifadə edək. Həm də vəziyyət o qədər dinamik dəyişir ki, qərar verilənədək rəqəmlər başqa istiqamətdə dəyişir. Amma növbəti dəfə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək".

0