Ronaldo evdə belə məşq edir  (VİDEO)

İDMAN
12:24 / 10.05.2020
2230

Bu günlərdə Portuqaliyadan Turinə qayıdan “Yuventus”un hücumçusu Kriştiano Ronaldo evdə 14 günlük özünütəcrid vəziyyətdədir.

Komandası ilə məşqlərə başlayacağı günü gözləyən 35 yaşlı futbolçu vaxtını boş keçirmir. O, artıq “Crunhc” sağlamlıq klubu ilə əməkdaşlığa başladığını elan edib. Sonra isə sevimli idman hərəkətlərindən ibarət məşqdən videosunu izləyiciləri ilə bölüşüb.

Bununla hamı Ronaldo kimi məşq edə və koronavirus pandemiyası dövründə formada qala bilər.

0
Qol.az