Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

SİYASƏT
12:49 / 10.05.2020
1150

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Bu gün Heydər Əliyevin anadan olmasından 97 il ötür.

0