Bakıda kran yaşayış binasının üstünə aşdı: ölən var (VİDEO, YENİLƏNİB)

ÖLKƏ
14:45 / 04.09.2020
1491

Xəbər verdiyimiz kimi Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb 

HİT.Az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, olay nəticəsində kranın sürücüsü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.

***

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.

HİT.Az xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib

Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.

 

0