Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata

İQTİSADİYYAT
18:20 / 03.09.2026
44

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km., 10” ünvanında yerləşən “Qızıl Balıq” İstirahət Turizm Kompleksi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 1 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 602,3 kvadrat metrə bərabərdir. 5 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 4 milyon 930 min manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin 5,8 milyon manat olduğu bildirilir.

0