Azərbaycanda ilk: Ambulans dron hazırlanır - FOTO

ÖLKƏ
21:32 / 17.09.2020
1343

Azərbaycanın "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən xəsarət alanların təxliyyəsi əməliyyatları üçün ambulans dron hazırlanır.

HİT.Az TED.az-a istinadən xəbər verir ki, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.

Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyyəsi, habelə mülki və hərbi yüklərin keçilməz ərazilərə nəqli üçün nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "İdrak Texnoloji Transfer" şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.

0