Müsavatdan Novella Cəfəroğlunun PA-dakı görüşünə münasibət: \"Belə görüşdən xəbərimiz yoxdur”

20:21 / 10.05.2020
1091

Mətbuatda Novella Cəfəroğlu və Qadın Hüquqları müdafiə təşkilatının digər 2 üzvünün Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdükləri haqqında xəbər yayılıb. Guya onlar Müsavat Partiyasını təmsil ediblər. Bu, həqiqətdən uzaqdır, həmin görüş olubsa, onlar QHT statusunda iştirak ediblər”.

Bunu Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib.

“Olub-olmadığı bizə məlum olmayan bir QHT görüşünü Müsavat Partiyasına qarşı hücum üçün fürsətə çevirən AXCP və Mİlli Şura rəhbərliyində olan şəxslər tamam haqsız və qərəzlidirlər. Xüsusi ilə AXCP-dən rəhbər şəxslərindən birini, konkret Seymur Həzini göndərmək istədikləri görüşə bizim göndərmədiyimiz, bizi təmsil etməyən və etmək səlahiyyətləri olmayan siravi üzvlərimizlə Prezident Aparatının yüksək rütbəli məmuru görüşürsə, buradan nəticə çıxarmaq üçün dərin biliklərə ehtiyac yoxdur. Bizim belə bir görüşdən xəbərimiz yoxdur. Müsavat Partiyası tərəfindən adları keçən şəxslərə təmsilçilik üçün heç bir səlahiyyət verilməyib. Onlar görüşüblərsə, təmsil etdikləri QHT adlndan görüşüblər” – S.Soltanlı qeyd edib.

1
Pravda.az