Şabranda karantin rejimini pozan çayxana aşkarlandı - FOTO

11:17 / 04.01.2021
670

Şabran rayonunda karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

0