“GESCO” mühafizə şirkəti 150 nəfər qazi əməkdaşını mükafatlandırdı - FOTO

ÖLKƏ
13:48 / 19.03.2021
983

"GESCO” Açıq Səhmdar Cəmiyyəti Vətən müharibəsində iştirak edən 150 nəfər əməkdaşını mükafatlandırıb.

ASC-dən HİT.Az-a verilən məlumata görə, müharibə iştirakçıları şirkət tərəfindən diplom və pul mükafatı ilə təltif olunublar.

Mükafatları qazilərə təqdim edən "GESCO” ASC-nin direktoru Anar Cəlilov müharibə iştirakçıları olmuş əməkdaşlarına göstərdikləri qəhrəmanlığa, şücaətə görə təşəkkürünü bildirib.

Söyləyib ki, qazilərimizə maddi və mənəvi olaraq daim dəstək veriləcək: 

"Biz, Siz qazilərə bir ömür böyü borcluyuq. Bu borcumuzdan çıxmaq üçün nə etsək, yenə də azdır. Sizlərin timsalında digər qazilərimizə də əlimizdən gələn dəstəyi göstərəcəyik”.

Anar Cəlilov onu da qeyd edib ki, belə tədbirlər tez-tez təşkil olunacaq və qazilərimizlə birlikdə fikir mübadiləsi və müzakirələr aparılacaq:

"Çünki biz, işçilərimizin daha həvəsli və sağlam şəkildə fəaliyyətlərini davam etmələrini istəyirik. Bunun üçün zəruri olan bütün dəstəyi verməyə hazırıq”.

Şirkət direktoru II Qarabağ savaşı zamanı döyüşdə olan əməkdaşların əməkhaqqlarının da hər ay ailələrinə ödənildiyini qeyd edib:

"Eyni zamanda döyüşlər zamanı yaralanan 30 nəfər əməkdaşımızın müalicə və müayinə xərclərini öz üzərimizə götürmüşük. Onların ehtiyacı olduğu müddətdə bu yardımlar davam edəcək”.

Qeyd edək ki, "GESCO”, fiziki mühafizənin təmin edilməsi ilə məşğul olan və müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.

26 may 2005-ci il tarixində təsis edilən "GESCO”, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət standartlarına uyğun həyata keçirir.

"GESCO”, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2100-dən artıq heyətlə müxtəlif sahələri təmsil edən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

0