"Instagram"da problem yarandı

TEXNO
19:15 / 30.03.2021
1048

Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Hit.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Portalın bildirdiyinə görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, İngiltərə, Rusiya, Yaponiya və bir sıra ölkələrindən daxil olduğu bildirilir.

Şikayətlərin əsas hissəsi (təxminən 58%-i) sosial şəbəkəyə daxil olmaqla problemlə bağlıdır, 22%-i veb saytdakı problemlərlə əlaqədardır, istifadəçilərin 19%-i xəbər lentinə baxmaqda çətinlik çəkir.

1