Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkında tədbir keçirir

ÖLKƏ
11:37 / 05.06.2021
638

5 iyun Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkında tədbir keçirir.

HİT.az xəbər verir ki, tədbirdə nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu gün “Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

1