Ermənistanın Apellyasiya Məhkəməsi Kotayk vilayətinin Kasax kəndinin başçısı Ara Mkrtçyanın həbs edilməsi barədə qərar çıxarıb.
Bu barədə yayılan məlumatı İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
O qeyd edib ki, aşağı instansiya məhkəməsi Mkrtçyanın həbsi barədə vəsatəti təmin etməyib, prokurorluq bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verib, sonuncu isə bu şikayəti təmin edib.
İttihama görə, Mkrtçyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı müxalifətin "Şərəflə" blokuna səs vermək tələbi ilə çıxış edərək, Kasax kənd sakinlərini hakim Vətəndaş Müqaviləsi Partiyasının əleyhinə səs verməyə məcbur edib.
Unikal.org