Qarşısı alınmasa, dünyaya çırpılacaq – Bu tarixdə Yerin orbitinə daxil olacaq

DÜNYA
07:45 / 18.11.2021
1181

Alimlər asteroidlərin Yer kürəsinə yaratdıqları təhlükələri əvvəlki illərlə müqayisədə daha ciddi hesab edirlər. Tez-tez fantastika filmlərinin mövzusu olan asteroidlər hər zamankindən daha təhlükəli hala gəlib.

ABŞ Aeronavtika və Kosmos İdarəsinin (NASA) elm adamları 2016-cı ildə aşkar edilən və bu həftə Yer orbitinə daxil olacaq asteroid haqqında qorxunc iddia səsləndiriblər.

2016 JG12 asteroidinin Yer üçün təhlükə yaratmaması üçün işlərə başlanılıb, amma bu o qədər də asan deyil. Elm adamları karusel böyüklüyündə olan asteroidin Yerin orbitinə daxil olmazdan əvvəl parçalanacağını proqnozlaşdırırlar. Əgər bu parçalanma baş verməsə, o zaman real təhlükə yaranacaq.

Elm adamlarına görə, asteroid Yerin orbitində parçalanmasa, planetimizə çırpılacaq.

Alimlər bu olayın tarixini də açıqlayıblar. 2024-cü ildə Yerə çarpılması gözlənilən asteroid bu tarixə qədər elm adamlarının müşahidəsi altında qalacaq. Amma bu göy cismini müşahidə altında saxlamaq kifayət deyil, onun dünya üçün təhlükə yaratmasının qarşısı da alınmalıdır. Bunun nə dərəcədə baş verəcəyi isə qarşıdakı dövrdə bəlli olacaq./Teleqraf.com 

0