Prezidentin ev hədiyyə etdiyi Xalq artisti: "Bilmirdim gəlini hara gətirim" - VİDEO

MƏDƏNİYYƏT
18:27 / 02.02.2022
1666

"Oğlumu evləndirmək istəyirdim, ev olmadığından yaş üstə yaş gəlirdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Malik Mansurov Prezidentin ona bağışladığı evdən danışarkən deyib. Tarzaən bildirib ki, hər iki qardaş Prezidentə ərizə ilə müraciət edib:

"Evimiz çox darısqal idi, iki otaqlı evdə yaşayırdıq. Hər ikimizin böyük öğlanlarımız vardı. Onları evləndirmək üçün ayrıca ev lazım idi, onu da almağa imkanımız yox idi. Deyirdim ki, mən ona toy etsəm, gəlini hara gətirim, bütün günü bu sıxıntıların arasında götür-qoy edirdim. Elə bil Prezident sürpriz elədi, Allah onun balasını saxlasın”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, iki xalq artistinə ev verilib. Mənzil alanlardan biri Xalq artisti, tarzən Malik Mansurov, digəri isə Xalq artisti, kamança ifaçısı Elşən Mansurovdur.

0