Bakıdan Ankaraya uçan təyyarə geri qayıtdı

İQTİSADİYYAT
12:54 / 09.10.2022
765

"Buta Airways" brendi ilə Bakı-Ankara J2-9003 reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

HİT.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

0