Məşhur müğənninin gömrükdə işləyən qardaşı işdən çıxarıldı

İQTİSADİYYAT
14:43 / 10.10.2022
2868

Məşhur vokal ifaçısı, müğənni Lətifə Soyuözün yüksək vəzifədə işləyən qardaşı işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən general-leytenant Şahin Bağırovun əmri ilə gömrük xidməti polkovniki Səttar Fətəliyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Səttar Fətəliyev Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi olub. 

Qeyd edək ki, polkovnik Səttar Fətəliyevin anası da uzun illər Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışıb və hazırda isə təqaüddədir.

0