"OPEC+" ölkələri hasilatı gündəlik 1,66 milyon barel azaldacaq

İQTİSADİYYAT
21:56 / 03.04.2023
457

Bəzi "OPEC+" ölkələri könüllü olaraq may ayından etibarən neft hasilatını gündəlik 1,66 milyon barel azaltmaqla bağlı qərar qəbul edib.

Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın monitorinq komitəsinin iclasının yekunları üzrə OPEC-in saytında dərc olunmuş kommünikedə deyilir.

Bildirilib ki, bu ixtisar 2022-ci ilin noyabr ayından qüvvəyə minən gündəlik 2 milyon barel hasilatın azaldılmasına əlavə olaraq ehtiyat tədbiridir.

Sənəddə həmçinin qeyd olunub ki, "OPEC+"ın monitorinq komitəsi 2022-ci ilin oktyabrında Vyanada keçirilmiş görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

"OPEC+" nazirlərinin növbəti monitorinq iclası iyunun 4-nə təyin edilib.

0