Danimarka Ukraynaya enerji avadanlıqları verəcək

İQTİSADİYYAT
23:05 / 03.04.2023
523

Danimarka ikitərəfli əməkdaşlıq çərçivəsində Ukraynaya 40 ton həcmində enerji avadanlığı göndərəcək.

Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın İqlim, Energetika və Kommunal Xidmətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avadanlıqlar bir çox enerji obyektlərinin dağıdılması nəticəsində işıqsız qalan Ukrayna əhalisinə kömək etmək üçün nəzərdə tutulub.

0