ABŞ Rusiya şirkətlərinə qarşı ixrac məhdudiyyətlərini uzadıb

İQTİSADİYYAT
23:37 / 03.04.2023
496

ABŞ Rusiyanın “Utair” və “Azur Air” aviaşirkətlərinə tətbiq etdiyi ixrac məhdudiyyətlərini 180 gün uzadıb.

Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müvafiq qərar cümə günü Federal Reyestrin elektron məlumat bazasına (ABŞ hökumətinin sənədlər toplusu) daxil edilib.

0