İcra hakimiyyəti və üç bələdiyyə məhkəməyə verildi

İQTİSADİYYAT
18:52 / 01.05.2023
591

Abşeron Rayon İcra Hakimiyyəti və rayonun 3 bələdiyyəsi məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, İcra Hakimiyyəti barəsində Həsənova Tənzilə Xanəli qızı iddia qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarədir. 

İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirzəyevanın icraatındadır. 

Məhkəməyə verilən bələdiyyələr isə aşağıdakılardır:

Güzdək Bələdiyyəsi
Masazır Bələdiyyəsi
Xırdalan bələdiyyəsi

Güzdək bələdiyyəsi barəsində Dostiyeva Nərgiz Mehdi qızı iddia qaldırıb. İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın icraatındadır. 

İşin mahiyyəti isə inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. 

Masazır bələdiyyəsini məhkəməyə verən isə Yusifova Könül Canmirzə qızıdır. Onun da iddiası Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın icraatındadır.
 
Məhkəmə çəkişməsinin səbəbi torpaq münasibətləri üzrə mübahisələrdir. 

Xırdalan bələdiyyəsi də torpaq mübahisələri ilə əlaqədar məhkəməyə verilib. İddiaçı Nağıyev Məhərrəm Əhməd oğludur. İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi İbrahim Quliyevin icraatındadır.

Anar

0