Zakir Fərəcovun 280 minlik yol cizgisi

İQTİSADİYYAT
19:28 / 01.05.2023
728

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

HİT.az xəbər verir ki, tenderin qalibi “Reyting Group” MMC olub. MKTİB göstərilən xidmətin müqabilində şirkətə 288.293,74 AZN ödəyəcək.

“Reyting Group” MMC 6 oktyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 AZN-dir. Şirkətin qanuni təmsilçisi Cəfərov Eyyub Ramazan oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

Dövlət satınalmaları ilə bağlı vahid elektron portalda yerləşdirilən məlumatlardan aydın olur ki, “Region Group” MMC indiyə qədər bir tenderdə qalib olub. Bu da haqqında bəhs etdiyimiz satınalma müsabiqəsidir. 

Ekspertlər yol cizgilərinə bu qədər məbləğin xərclənməsinə şübhə ilə yanaşırlar. Onların sözlərinə görə, yerli və xarici bazardakı yol cizgi boyalarının qiyməti o qədər də yüksək deyil. Məsələn, ən keyfiyyətli boya istehsalçılarından hesab olunan “Jotun” və “DYO” şirkətlərinin boyalarının Türkiyədə pərakəndə satış qiymətləri bir litrə görə 6-7 dolları keçmir. 

Daxili bazarda isə yerli istehsal olan və ən çox istifadə olunan “AZPOL” şirkətinə aid boyalardır ki, onların da pərakəndə satış qiyməti 25 litrlik qablarda cəmi 100 manatdır. Yəni ki, litri 4 manata...

Anar

0