Keçmiş baş direktordan əmək haqqı tələbi - Yeni yaranan agentlik məhkəməyə verildi

İQTİSADİYYAT
20:47 / 03.05.2023
399

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yerüstü Nəqliyyat Agentliyi və “Avtomobil Nəqliyyati ilə Daşımaların Təşkili” MMC məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, iddiaçı Mustafayev Cuma Xamoy oğludur. İşin mahiyyəti işə bərpa və əmək haqqı tələbi ilə bağlıdır. 

Hazırda iş apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarı Cuma Mustafayevi qane etmədiyindən o, apellyasiya şikayəti. 
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Sabir Bəhrəmzadənin sədrlik etdiyi hakimlər kollegiyasi tərəfindən baxılacaq. 

Cuma Mustafayev “Şəki Regional Enerji” MMC-nin baş direktoru vəzifəsində çalışıb. 

Anar

0