Erməni xalqı reallıqla barışıb: Qarabağdan imtina edirlər

14:09 / 08.05.2023
830

Ermənistanda maraqlı hadisə baş verib.

Belə ki, paytaxt İrəvanın Sayat Nova küçəsində iki qadın Xankəndidəki separatçı rejimin "bayrağı" adlandırılan əski parçasının şəklini cırıblar. Qadınlar erməni hərbçilərin bu əski parçasına görə həlak olduğunu deyərək etiraz ediblər.

Görünür, artıq erməni xalqı da reallığı dərk etməyə və Qarabağın onlara aid olmadığını anlamağa başlayıb.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, hər zaman Qarabağ erməniləri və İrəvan erməniləri arasında fikir ayrılığı mövcud olub:

"44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldikdən sonra Qarabağda yaşayan ermənilər gedib İrəvanda kimlərinsə evlərində məskunlaşdılar. Onlar evlərdən çıxmaq istəmirdilər və bununla bağlı məhkəmə prosesləri də oldu. İrəvan erməniləri bu məsələyə ciddi şəkildə yanaşaraq, baş verənləri qəbul etmirdilər. Ona görə də onlar arasında həmişə fikir ayrılığı olur. Bu da ilk akt deyil. Bir neçə ay əvvəl də İrəvanda liftlərə yapışdırılan qondarma rejimin "bayrağ"ını cırıb atırdılar".

Politoloq vurğulayıb ki, bu gün İrəvanda yaşayan ermənilər Qarabağa heç bir aidiyyatı olmayan, orada bir gün belə keçirməyən insanlardır:

"Ona görə də erməni qadınları övladlarının gedib orada ölməsini istəmirlər. Onlar da anlayırlar ki, Ermənistandakı bəzi revanşist qüvvələr qondarma rejimin və Rusiyanın fitnəsinə uyaraq Azərbaycan Ordusunun qarşısına çıxmağa çalışırlar. Onlar, bu və ya digər mənada Azərbaycana müqavimət göstərmək istəyirlər. Ancaq bunun heç bir perspektivi yoxdur. Artıq bunu Ermənistanın daxilində də anlayırlar. Onlar, məğlub olacaqları döyüşdə övladlarının və yaxınlarının məhv olmağını istəmirlər. Hesab edirəm ki, belə aktlar son olmayacaq və bundan sonra bənzər hadisələri izləyəcəyik".

Pərviz

0