Kılıçdaroğlu ilə İmamoğlu arasında KRİTİK GÖRÜŞ

DÜNYA
10:43 / 01.06.2023
483

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) qurultaya doğru gedir.

HİT.az xəbər verir ki, partiya üzvlərinin yarısı CHP sədri Kamal Kılıçdaroğlunu, yarısı isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu dəstəkləyir.

CHP sədrliyi üçün əsas favoritlər də məhz onlardır. Hazırda Kılıçdaroğlu vəzifəsinə davam etməyi hədəfləyir, İmamoğlu isə onun qarşısına çıxmaq istəmir.

Buna baxmayaraq, İmamoğlunun Kılıçdaroğlu ilə mübarizəyə qoşulub-qoşulmayacağı da maraqla gözlənilir. Çünki bir çox bələdiyyə sədri İmamoğlunu partiyanın başına keçməyə çağırıb. Bütün bu proseslərin getdiyi bir vaxtda isə sürpriz bir məlumat yayılıb. Belə ki, qurultaydan öncə Kamal Kılıçdaroğlu ilə Əkrəm İmamoğlunun görüşəcəyi açıqlanıb.

Bu gün CHP qərargahında baş tutacaq görüşdəki əsas müzakirə mövzusunun qurultay və seçkilərdən sonrakı yol xəritəsinin olacağı proqnozlaşdırılır.

Görüşdən sonra İmamoğlunun Kılıçdaroğlunun CHP sədrliyi uğrunda namizədliyini dəstəkləyəcəyi gözlənilir.

Pərviz

0