Mahmudova məxsus olduğu deyilən şirkətlə 300 minlik müqavilə

İQTİSADİYYAT
18:32 / 05.06.2023
439

Elm və Təhsil Nazirliyi dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması ilə bağlı tender keçirib. 

HİT.az-ın məlumatına görə, tenderin qalibi “İndiqo” MMC olub. Nazirliklə şirkət arasında imzalanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 300.861 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

İddialara görə, "İndigo” MMC şirkətin 3 payçısı var. Onlardan biri məşhur rəssam Tahir Salahovun qohumu olan Salahov Tariel Aftandil oğludur. Digər payçı isə Cavid Babayevə məxsus "Halal" MMC-dir.

Şirkətin üçüncü payçısı isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. O, əvvəllər "Halal" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsini yaradıb. Nizami Şirinovun "İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.

Anar

0